Bir əsrlik intizarın sonu!
Yazar: Hacı İlqar @ İyul 14, 2010 16:18Rəhman, Rəhim Allahın adı ilə
Məlum olduğu kimi, keçən 100 illikdə Azərbaycan tarixində yazılmış və işıq üzü görmüş sonuncu təfsir miladi tarixlə 1907-1909-cu illərdə Zaqafqaziya Şeyxülislamı vəzifəsini daşımış Hacı Şeyx Məhəmməd Həsən Mövlazadə Şəkəvinin qələmə aldığı və iki cilddən ibarət "Kitabul-bəyan fi təfsiril-Quran" adlı əsəridir.



